Ermənistanla Rusiya arasında böhran görmürəm, ölkələr arasında açıq dialoq aparılır.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İrəvan və Moskva bütün məsələləri müzakirə edirlər.

“Problemlər də var, ancaq onlar obyektiv məsələlərdir və iki ölkə arasında əməkdaşlığa təsir etmirlər”, - Paşinyan vurğulayıb.

.