Düşünmürəm ki, biz tərəfdaşlarımızla ultimatumlarla danışmalıyıq.

“Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Laçın yolunun açılması tələbi ilə İrəvanın Moskva qarşısında çıxış eləməsi ilə bağlı sualı cavablandırarkən deyib.

“Ermənistanın Laçın yolunun rahat işləməsini təmin etmək öhdəliyi yoxdur. Əsas vəzifələr Rusiya və Azərbaycana həvalə olunub” - o deyib.

Rusiya öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmirsə, BMT Təhlükəsizlik Şurasına (TŞ) müraciət etməlidir.

Bunu da Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı bildirib.

“Rusiya obyektiv və ya subyektiv səbəblərdən BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü kimi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyi halda, Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinə beynəlxalq mandat vermək üçün və yaxud 9 noyabrda imzalanmış üçtərəfli bəyanatla müəyyən edilmiş təhlükəsizlik qaydalarını təmin edəcək yeni çoxmillətli sülhməramlı missiyanı Qarabağa göndərmək barədə BMT TŞ-yə müraciət etməlidir”, - Paşinyan qeyd edib.

.