Nikol Paşinyan Qarabağ Ermənistan deyil! deyərək Azərbaycan xalqından üzr istəməlidir, bu Azərbaycan xalqının haqlı tələbidir.

 Ermənistan liderləri arasında təxribatçı və faşizm ideyalarının carçısı kimi xarakterizə edilən Paşinyan artıq bir siyasətçi kimi özünü çox alçaldıb. Təxribata əl atıb sonra isə küskün uşaq kimi dünya ölkələrinin liderlərinə etdiyi çoxsaylı zənglərdən və ya bir çox kütləvi informasiya vasitələrinə verdiyi bəsid müsahibələrindən ermənistan baş nazirində siyası savadın, dünya görüşünün və tarixi biliklərin qıtlığı açıq şəkildə gürünür. Ermənistanın illər boyu regionda üstü örtülü şəkildə yürütdüyü faşizm siyasətini Paşinyan aşkara çıxararaq beynəlxalq ictimaiyyət qarşısında rüsvay olub. 

Alman yazıçısı Lion Feyxtvanger faşizmi belə xarakterizə edir: faşizm özünün ilkin mərhələsində cəzbedicidir, çünki insanda vəhşi hisslər oyadır, ancaq faşizmin nəticəsi uğursuzluğa duçardı, çünki insanı heyvandan fərqləndirən onun şüurudur. Görünür Paşinyanı və onun ətrafını vəhşi hislər daha çox cəlb edir. Amma hər bir heyvanı da əhliləşdirmək olur. Atalarımız əbəs yerə deməyib ki, İt aya hürər, başına bəla gətirər. Düşünürəm ki, Paşinyan rejimi nəhayət anlamalıdır ki, başlarına bəla gətirməmək üçün ermənistan separatçı ordusunu Azərbaycan torpaqlarından çəkməlidir, hazırki erməni rəhbərliyi isə Azərbaycan xalqından üzr istəməlidir.

 Rəşad Nəsirov

.