Erməni Qriqorian Kilsəsi dövlətdən yüksəkdə dayana bilməz.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, kilsənin funksiyaları ilə dövlətin funksiyalarının qarışmağından təhlükəli heç nə yoxdur.

O vurğulayıb ki, əgər Erməni Həvari Kilsəsi siyasətlə məşğul olmaq istəyirsə, partiya yaratsın.

“Dövlət öz işi ilə kilsə isə öz işi ilə məşğul olmalıdır”, - Ermənistan Baş naziri əlavə edib.

.