Pakistanın sabiq Baş naziri İmran Xanın həbs edilməsindən sonra ölkə miqyasında başlayan etirazlar zamanı azı 8 nəfər ölüb, 1400 nəfər saxlanılıb.

Bu barədə məlumatı Pakistan polisi yayıb. Ordu etirazçıları zorakılığa son verməyə çağırıb və dövlət obyektlərinə hücum etməməklə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, korrupsiyada ittiham edilən 70 yaşlı sabiq Baş nazir İmran Xan mayın 9-da İslamabadda, ali məhkəmənin qarşısında həbs edilib. O, 2022-ci ilin aprelində parlamentdə keçirilən etimadsızlıq səsverməsi ilə hakimiyyətdən göndərilib.

.