Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli işçi qrupunun növbəti görüşünün vaxtı və yeri üç ölkənin baş nazirinin müavinlərinin məsləhətləşmələrindən sonra müəyyən ediləcək.

Bu barədə TASS-a Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Bu gün üçtərəfli formatda Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri arasında Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası məsələsi üzrə intensiv məsləhətləşmələr aparılır", - Overçuk deyib.

Onun sözlərinə görə, üçtərəfli işçi qrupun növbəti təkbətək görüşünün yeri və vaxtı ilə bağlı yekun qərar məsləhətləşmələrdən sonra qəbul olunacaq.

.