“2020-ci il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 702 min 426 ümumi müraciət daxil olub”.

Bunu BŞT və TTYS-nin Baş həkiminin müavini İradə Əliyeva deyib. O bildirib ki, bunlardan 77 min halda hospitalizasiya icra edilib. Uşaqlar üçün edilən çağırışların sayı 53 min 800, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 9 mindən artıq olub. 

“Keçən illə müqayisədə ümumi müraciətlərin və uşaq çağırışlarının sayında azalma qeyd edilsə də, hospitalizasiyada nəzərə çarpan artım var”.

.