Ölkələr koronavirusun ikinci dalğasının qlobal ticarətə zərər verəcəyi təhlükəsi ilə qida ehtiyatı toplamağa başlayıblar.

Bu barədə “Bloomberg” xəbər yayıb.

Bildirilir ki, pandemiya “təsərrüfatlardan müəssisələrə” tədarük zəncirlərini pozur.

Bu hal əvvəllər dünya mağazalarında boş rəflərlə nəticələnmişdi. Buna görə istehlakçılar gələcək tədarükün kəsilmə ehtimalını nəzərə alaraq, ehtiyat yığmağa qərar veriblər.

Beləliklə, İordaniya rekord buğda ehtiyatı toplayıb. Misir aprel ayından indiyədək alışlarını 50 faizdən çox çox artırıb. Tayvan və Çin strateji qida ehtiyatlarını çoxaldıb.

Agentlikdən o da vurğulanıb ki, alıcı tələbatına görə və Qara dəniz bölgəsindəki quraqlıq səbəbindən qarğıdalıdan şəkərə qədər olan məhsulların qiymətlərində artım müşahidə edilib.

.