Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

"Koronavirus.info"ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 52.2 faiz.

Aranda yoluxma 13.3 faiz, Abşeronda 12.9 faiz, Gəncə-Qazaxda 8.1 faiz, Şəki-Zaqatalada 3.2 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.9 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda 1.4 faizdir.

Naxçıvanda yoluxma 0.05 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.

Bakıda koronavirusa ən yüksək yoluxma Binəqədidədir

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.

"Koronavirus.info"ya istinadən xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 15.0 faiz, Xətaidə 13.1 faiz, Yasamalda 12.1 faiz, Sabunçuda 10.9 faiz, Suraxanıda 8.2 faiz, Nərimanovda 8.2 faiz, Nəsimidə 7.8 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 6.9 faiz, Qaradağda 5.3 faiz,  Səbaildə 5.0 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.

.