Təhsil nazirinin müşaviri Rüstəm Ağayev 1 doza vaksin olunan ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin dərsə buraxılıb-buraxılmayacağı məsələsinə münasibət bildirib.

Nazir müşaviri deyib ki, Təhsil Nazirliyi oktyabrın 1-dən yox, bütün ay ərzində hər iki peyvənd dozasını qəbul edə bilməklə bağlı təklif verib: "Hazırda bu istiqamətdə müzakirələr davam edir. Hesab edirik ki, təhsil işçiləri və tələbələrə əlavə imkan veriləcək ki, ay ərzində hər iki dozanı qəbul edə bilsinlər".

Nazir müşaviri eyni zamanda deyib ki, bu, təkcə ali və orta ixtisas təhsili müəssisələrinə çalışan və təhsil alanlara yox, bütün təhsil işçilərinə şamil ediləcək.

Peyvənd olunmayan, əks-göstəriş və immun sertifikatları olmayan müəllimlər təhsil müəssisələrinə buraxılmayacaq

"Vaksin olunmadığı üçün təhsil müəssisələrinə buraxılmayacaq təhsil işçilərinin əmək haqqı məsələsi ilə bağlı hələ ki, məlumat yoxdur".

Bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

Onun sözlərinə görə, peyvənd olunmayan, əks-göstəriş, eyni zamanda immun sertifikatı olmayan müəllimlər təhsil müəssisələrinə buraxılmayacaqlar.

Əks-göstəriş sertifikatı təqdim edən müəllimlərin sayına gəldikdə isə, nazir müşaviri deyib ki, bu məlumatlar gündəlik dəyişir: "Ona görə də hansısa rəqəmləri açıqlamaq istəmirəm, çünki dəqiq olmaz".
 

.