Bakıda oğul atasını bıçaqlayıb.

APA-nın xəbərinə görə, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon adlanan ərazidə qeydə alınıb.

Rayon sakini Əsgərov Şahlar Abulhəsən oğlu mübahisə zəminində oğlu tərəfindən bıçaqlanıb.

Yaralı təcili yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

.