Azərbaycan Avropanın ən qabaqcıl ölkələri ilə müqayisə oluna biləcək dərəcədə inkişaf yolundadır.

Bu fikirləri İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Əhməd Əs-Səfadi mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Əhməd Əs-Səfadi qeyd edib ki, Azərbaycan dövlətinin banisi Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz böyük uğurlara və nailiyyətlərlə imza atıb.

O vurğulayıb ki, Azərbaycanla İordaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin əsasının qoyulmasında dünya səviyyəli şəxsiyyətlər Heydər Əliyevin və İordaniya Kralı Hüseyn bin Talalın xüsusi rolları olub.

.