“Son iki aydır ki, özümə başqa sahədə iş axtarırdım. İyulun əvvəlləri bir neçə təklifi gözdən keçirdim və DCS MMC tikinti şirkətində rəsmi işə başladım”.

Bu sözləri tanınmış müğənni Nura Suri “Facebook” səhifəsində yazıb. 

O qeyd edib ki, müğənniliklə yanaşı, başqa bir işin olmağı da vacibdir:

“Bir həftə öncə əmək müqaviləsi bağlamışıq. Başımız həm yardım işlərinə, həm də baş verən hadisələrə qarışdı. Sizə bu xəbəri deyə bilmədim”. 

Müğənni, həmçinin, media nümayəndələrinə də səslənərək, onlara öz minnətdarlığını ifadə edib:

“Xəbəriniz olsun, hörmətli jurnalistlər. Hər zaman mənə dəstək olduğunuz üçün hamınıza minnətdaram”.

Nura yekunda fərqli sahədə fəaliyyət göstərməsini belə əsaslandırıb:

“Balamı böyütməliyəm, işləməliyəm, pul qazanmalıyam. Bu, hələlik bizim sahədə mümkün deyil. Ölkəmiz isə çətin günlər yaşayır. Bir tərəfdən virus, o biri tərəfdən ermənilər”.

.