Hollivud ulduzu Nikol Kidman keçmiş əri, məşhur aktyor Tom Kruzla boşanmasının bəzi təfərrüatlarnıı açıqlayıb.

Məşhur cütlük “Göy gurultusu günləri” filminin çəkilişi zamanı tanış olub.

Aktyorlar 1990-cı ildə filmin efirə çıxmasından altı ay sonra ailə həyatı qurub və 11 ildən sonra ayrılıblar.

Əvvəl hər iki aktyor ayrılmaqlarını şərh etməyiblər. Yalnız üzərindən 30 il keçəndən sonra Nikol Kidman məsələyə müəyyən qədər aydınlıq gətirmək qərarına gəlib.

“Bunu mən təklif etdim. Ola bilər ki, mən bir az həssas idim, amma həmişə mümkün qədər açıq olmağa çalışıram. Sadəcə bu həyatda belə yaşamağı üstün tuturam”, - deyə 54 yaşlı aktrisa vurğulayıb.

N.Kidman ayrılığın istənilən halda onun üçün ağrılı olduğu, eyni zamanda münasibətlərə “tikanlı” deyil, mehriban yaşam tərzinə üstünlük verdiyini açıqlayıb.

.