Niderlandın PSV klubunda çıxış edən Kodi Qakpo İngiltərə "Liverpul"una keçib.

 Eyndhoven təmsilçisinin mətbuat xidməti xəbər verir ki, keçid ölkədə qış transfer dönəmi açıldıqdan sonra baş tutacaq.

23 yaşlı vinger transferdən əvvəl sənədləri imzalamaq və lazımi prosedurlardan keçmək üçün İngiltərəyə gedəcək.

Müqavilənin təfərrüatı açıqlanmasa da, bunun PSV üçün rekord olacağı bildirilir.

Qeyd edək ki, Niderland millisinin də üzvü olan Kodi Qakpo Qətərdə keçirilmiş dünya çempionatında 5 oyuna 3 qolla yadda qalıb. O, cari mövsüm PSV-də 9 qol və 12 məhsuldar ötürmənin müəllifi olub.

.