İki böyük qızı və iki nəvəsi olan Londonun “əbədi cavan” modeli gözəlliyinin sirrini açıqlayıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

57 yaşlı Kazz Onill bədən quruluşunu formada saxlamaq üçün yoqa ilə məşğul olur.

“Yoqa bədənə zərif bir yük verir və eyni zamanda, bədəni gücləndirir. Bir qayda olaraq, həftədə bir-iki dəfə studiyada dərslərə gedirəm. Ancaq özünü təcridetmə rejimində fərdi qaydada onlayn dərslər alıram”, - deyə o bildirib.

Qadın 42 yaşından etibarən qırışları üçün botoksdan istifadə etdiyini, həmçinin, dodaqlarını azca şişirtdiyini etiraf edib. Bununla belə, o, təbii üsullara da baş vurur: dəriyə qulluq məsələlərini heç vaxt təxirə salmır. 

.