İtaliyanın "Yuventus" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu karyerasını yenidən İspaniya "Real Madrid"ində davam etdirə bilər.

"Report" "El Chiringuito TV"nin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, 36 yaşlı hücumçunun agenti Jorje Mendeş bu barədə Madrid təmsilçisinin rəhbərliyi ilə müzakirə aparıb.

Danışıqların təfərrüatları barədə məlumat açıqlanmır.

Qeyd edək ki, Kriştianu Ronaldunun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Portuqaliyalı oyunçunun maaşı ildə 31 milyon avrodur. Forvard Turin klubuna 2018-ci ilin iyulunda İspaniyanın "Real Madrid" klubundan 117 milyon avroya keçib.

Daha əvvəl Ronaldunun Devid Bekhemə məxsus ABŞ-ın "İnter Mayami" klubunda oynaya biləcəyi yazılıb.

.