Fevralın 24-dən hərbi əməliyyatın başlanmasından yanvarın 3-dək Ukraynadan Avropaya ümumilikdə 7 915 287 qaçqın gəlib.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatında bildirilir.

Məlumata görə, ən çox ukraynalı qaçqını Rusiya qəbul edib - 2 852 395. Sonrakı yerlərdə Polşa (1 553 707), Almaniya (1 021 667), Çexiya (476 025), İtaliya (173 231), İspaniya (164 705), Böyük Britaniya (152 200), Bolqarıstan(148 451), Fransa (118 994) və Slovakiya (105 205) yer alıb.

Ümumilikdə, fevralın 24-dən indiyədək Ukraynadan qonşu ölkələrə 17 139 782 nəfər gəlib. Eyni zamanda 9 180 679 nəfər sərhədi əks istiqamətdə keçib.

.