Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel ayları ərzində 156,1 mln. manat həcmində xalis mənfəət əldə edib.

Azərbaycan Mərkəzi Bankından (AMB)  verilən məlumata görə, bank sektorunun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə azalıb.

Banklar bu müddətdə 653,9 mln. manat həcmində faiz gəlirləri (520,1 mln. manat kreditlər üzrə faizlər), 222 mln. manat həcmində qeyri-faiz gəlirləri əldə edib.

Bu müddətdə bankların faiz xərcləri 170,2 mln. manat (111,4 mln. manat depozitlər üzrə faizlər), qeyri-faiz xərcləri isə 400,3 mln. manat təşkil edib.

Bank sektorunun aktivləri azalıb

Azərbaycan bank sektorunun cəmi aktivləri ilin əvvəlindən 4,4% azalaraq cari il mayın 1-nə 31 272,8 mln. manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.

Hesabata əsasən, bu müddətdə müştərilərə verilən kreditlərin həcmi isə 1,1% artaraq 14 742,2 mln. manata enib. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 1 457 mln. manat məqsədli ehtiyat ayrılıb.

Bu müddətdə bank sektorunun cəmi öhdəlikləri 5,1% azalaraq cari il mayın 1-nə 26 711,4 mln. manat təşkil edib. Öhdəliklərin 19 940,0 mln. manatını depozitlər (maliyyə institutları istisna olmaqla) əhatə edib.

Bildirək ki, depozitlərin 7 657,5 mln. manatı fiziki şəxslərin depozitlərinin payına düşüb.

AMB-nin banklara qarşı tələbləri bilin əvvəlindəki 326,1 mln. manatdan mayın 1-nə 438,3 mln. manata yüksəlib.

Məlumata əsasən, cari il mayın 1-nə bank sektorunun cəmi kapitalı 4 561,4 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 0,5% azdır.

.