Xocalı şəhərində törədilmiş qanlı qətliam uzun müddət ərzində Azərbaycan xalqına qarşı aparılan irqi ayrıseçkilik, etnik təmizləmə siyasətinin tərkib hissəsi olub.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Xocalı qətliamı baş verməmişdən əvvəl digər yaşayış məntəqələrimiz dağıdılmış, insanlar öldürülmüş, etnik təmizləmə həyata keçirilmişdi:

"1991-ci ilin oktyabrından etibarən Xocalı demək olar mühasirədə idi. Nəhayət həmin gecə erməni silahlı qüvvələri 366-cı motoatıcı alayının dəstəyi ilə bu qətliamı törətdi. Onu da qeyd etmək lazımdır ki, o diviziyanın tərkibi əsasən ermənilərdən ibarət idi. Bütün dünya artıq dəhşətli statistikadan xəbərdardır".

.