“Çalışacağıq ki, yaxın günlərdə növbəti tədris ilində məktəblərin açılacağı məsələsinə aydınlıq gətirək”.

Bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Nazir MİQ müsabiqəsində vakansiyaların açıqlanacağı vaxtı da bildirib: “Bütün fənlər üzrə vakansiyalar bu gün və ya sabah açıqlanacaq”.

E. Əmrullayev Qarabağ bölgəsi üçün vakant müəllim yerlərinin sayı barədə sualı da şərh edib: “Qarabağda vakant yerlərin sayını bilən kimi deyəcəyik”.

.