Hazırda döyüşlər davam edir. Bunu müdafiə nazirinin müavini Kərim Vəliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, düşmənin ehtiyatları, canlı qüvvəsi və texnikası, komanda məntəqələri də vurulur və məhv edilir:

“Əmin etmək istəyirəm ki, şəhidlərimizin, yaralılarımızın qanı yerdə qalmayacaq”.

K.Vəliyev vurğulayıb ki, iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. Onun sözlərinə görə, iki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib, düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib.

.