“Proqnozlarla bağlı bizə tutulan iradları müəyyən mənada qəbul edirəm. Amma Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun verdiyi proqnozların da heç biri özünü doğrultmur. O cümlədən ölkələr üzrə...”

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.

Nazir müavini bildirib ki, keçən il baş verən müharibələr reallığı heç bir səviyyədə proqnozlaşdırmağın mümkün olmadığını deməyə əsas verir.

Nazir müavini inflyasiya ilə bağlı məsələyə aydınlıq gətirib: “İnflyasiya ilə bağlı dinləmə keçirilməsi fikrini qəbul edirəm. Ərzaq məhsullarında inflyasiyaya səbəb odur ki, bizim bu sahədə əsas tərəfdaşlarımız Rusiya və Qazaxıstandır. Həmin bazarda hazırda məhdudiyyət və qadağalar var. Türkiyədən Azərbaycana idxalın strukturu əczaçılıq məhsulları, maşınqayırma məhsulları və s.-dir. Türkiyədə ötən il inflyasiya 70%-dən çox olub, bu da bizə gələn məhsulların qiymətinin artmasına səbəb olur. Ötən il tikinti, turizm və nəqliyyat-daşımacılıq sektorundan böyük artımlar var və bu sahədə vergi daxilolması çox olub”.

.