Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev fəxri senator titulundan məhrum edilib.

Bu barədə “informburo.kz” məlumat yayıb.

Qızı Dariqa Nazarbayeva Senatın sədri olarkən Nursultan Nazarbayevə bu fəxri ad verilib.

Konstitusiya Məhkəməsinin qərarına əsasən, "Birinci Prezident - Elbası haqqında" qanun qüvvədən salınacaq. Konstitusiyadan fəxri senator titulunun çıxarılması səbəbi ilə ölkə parlamentinin reqlamentindən də bu hissə çıxarılıb.

.