Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev və nazir müavini Bədəl Həsənov vəzifələrindən azad olunublar.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncamlar imzalayıb.

Digər sərəncamla Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini təyin edilib. Nazir vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də X.Mustafayevə verilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov bu gün X.Mustafayevi kollektivə təqdim ediblər.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü X.Mustafayev bu təyinatadək Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb. O, nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini postunu tutub.

.