Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəb yaradılacaq.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda yer alıb.

Sənəddə qeyd olunub ki, orta təhsilin keyfiyyət göstəricilərinin artması məqsədi güdən məktəbin yaradılması ilə bağlı layihə hazırlanmalıdır.

2023-2027-ci illəri əhatə edəcək tədbirin əsas icraçı orqanı Naxçıvanın Nazirlər Kabineti, digər icraçı kimi Elm və Təhsil Nazirliyi müəyyənləşib.

.