Naxçıvan şəhərində sovet hakimiyyətinin möhkəmləndirilməsi uğrunda həlak olmuş 17 kommunist və qızıl sərhədçinin xatirəsi üçün inşa edilən abidə tam olaraq sökülüb.

"Böyük bağ” ərazisində olan bu abidənin yerinə artıq kilid daşları vurulub.

Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər idarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, sökülən abidənin yerində başqa bir abidənin tikintisi gözlənilmir.

Qurum bu barədə hər hansı bir tapşırıq almayıb, boş ərazi kilid daşları ilə örtülüb və ərazi tam olaraq təmizlənib.

.