
NATO Parlament Assambleyası Rusiyanın Ukraynaya qarşı cinayətlərini soyqırımı kimi tanıyıb.
Bu barədə Ukrayna Ali Radasının NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Yehor Çernev bildirib.
"NATO Parlament Assambleyası Rusiyanın Ukraynaya qarşı cinayətlərini soyqırım, Rusiyadakı terrorçu rejimi isə raşizm kimi tanıyıb. Yekdilliklə", - Çernev "Facebook"da yazıb.
Qeyd edək ki, Ali Radanın nümayəndə heyəti Lüksemburqda NATO PA-nın yaz sessiyasında iştirak edir.
.