NATO ölkələrinin müdafiə nazirlərinin iştirakı ilə keçiriləcək “Ramşteyn” formatında təmas qrupunun (Ukrayna üzrə qrup) iclası yanvarın 20-də baş tutacaq.

Bu məlumatı Almaniya Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti təsdiqləyib.

Görüş zamanı Ukraynaya gələcək hərbi yardımın əlaqələndirilməsi, xüsusən də ölkəyə piyadaların döyüş maşınları və “Patriot” hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükü məsələsi müzakirə ediləcək.

Görüşə hazırlıq çərçivəsində Almaniyanın müdafiə naziri Kristin Lambrext artıq ABŞ-dan olan həmkarı Lloyd Ostinlə bu məsələni müzakirə edib.

.