NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistanda səfərdədir.

"Sputnik Armenia" xəbər verir ki, xüsusi nümayəndə Kolomina səfəri çərçivəsində Ermənistan xarici işlər nazirinin müavini Vahe Gevorqyanla görüşüb.

Görüşdə tərəflər Ermənistan və NATO arasında əməkdaşlıq məsələlərini, həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

.