“NATO üzvü olan bir çox ölkə müdafiə xərclərinin ÜDM-in azı 2 %-nə qədər artırılmasını tələb edir”.

“Deutche Welle” nəşri xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

O, hazırkı mərhələdə alyansın hansı ölkələrinin bununla bağlı düzəlişlərdə israrlı olduğunu dəqiqləşdirməyib.

“Deutche Welle”in diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Şimali Atlantika Alyansının müdafiə xərclərinin artırılmasını istəyən ölkələr Polşa, Litva və Böyük Britaniyadır.

Digər tərəfdən, Almaniya, Kanada və Belçika kimi bir çox ölkə bu fikrə qarşı çıxır.

.