NATO Baş katibi Yens Stoltenberq Çinin xarici işlər naziri Van İ ilə görüşüb.

Bu barədə Stoltenberq "Twitter"də bildirib.

NATO Baş katibi Çini Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya qarşı öz təsir imkanlarından istifadə etməyə çağırıb.

“Mən həmçinin NATO-nun insan haqları və Tayvanla bağlı narahatlığını qarşı tərəfin diqqətinə çatdırdım. Biz qlobal təhlükəsizliklə bağlı dialoqumuzu davam etdirməyə hazırıq”, - Stoltenberq qeyd edib.

.