Naftalan şəhərində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Bəhruz Quliyevin ildönümü qeyd edilib, xatirəsi ehtiramla yad edilib.
“Utro.az” xəbər verir ki, millət vəkili Anar Məmmədov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Anım mərasimində şəhid Bəhruz Quliyevin qısa, lakin şərəfli həyat yolundan və onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarından söz açılıb.
Qeyd edək ki, Quliyev Bəhruz Firuz oğlu 1990-cı il mayın 9-da Naftalan şəhərində anadan olub. Müddətdən artıq hərbi xidmətdə olan Quliyev Bəhruz ötən il sentyabrın 27-də işğal altında olan torpaqlarımızın azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəlidir, iki qız övladı var. O, ölümündən sonra "Vətən uğrunda", və "Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

.