“Hazırda işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın layihələndirmə və planlaşdırılma ehtiyaclarının təmin olunması üçün topoqrafik xəritələrin hazırlanması işlərinə başlanılıb”.

Bunu Nazirlər Kabinetinin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Nazir qeyd edib ki, ilkin olaraq, Şuşa şəhəri üzrə hazırlanmış topoqrafik xəritələr və ortofotoplanlar istifadə üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib.

.