“MİQ imtahanlarında əsas məsələ digər namizədlərlə müqayisədə nə qədər bal toplamaqdır”.

Bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Nazirin sözlərinə görə, yeniliklərdən biri budur ki, müəllimlər üçün bir neçə dəfə MİQ imtahanında iştirak imkanı yaradılacaq: “Bəzi təkliflər var idi ki, bir fənn üzrə bütün müəllimlər eyni gündə eyni imtahanı versin, eyni sualları cavablandırsın. Amma 15 min müəllimi eyni otaqda oturtmaq olmur. Onda da şikayətlər olur ki, bizim otağımızda nəzarət daha zəif idi, bizim otaq daha isti idi, daha soyuq idi, səs var idi və s. Ümumiyyətlə, eyni gündə eyni imtahanı keçirməkdənsə, bir müəllimə bir neçə MİQ imtahanında iştirak etmək şansı verməyin tərəfindəyəm”.

Təhsil naziri: "Son 3 ildə 27 197 nəfər MİQ müsabiqəsi vasitəsilə ilə işə qəbul olub"

"Bu il müəllimlərin işə qəbulu müsabiqəsinin (MİQ) əsas məqsədi təhsilverənlərin məktəblərdə vakant yerlərə müəllim seçimidir".

Bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, son 3 ildə 27 197 nəfər bu müsabiqə vasitəsilə ilə işə qəbul olub. "Hər il 8000-9000 müəllim işlə təmin olunur. Bu il 60 mindən çox şəxs müəllim olmaq üçün MİQ müsabiqəsinə müraciət edib. Bu il imtahan mərhləsində 46 930 nəfər iştirak edib ki, onlardan 22 faizi, yəni 10 259 nəfəri hazırda dövlət müəssisələrində müəllim kimi işləyənlərdir".

Nazir deyib ki, bu müsabiqədə iştirak edənlərin hamısı işsiz şəxslər deyil: "Bu il ilkin vakansiyaların sayı 7 718 nəfərdir. Əvəvlki illərdə də oxşar rəqəmlər olub: 7000-8000 arası. İlkin vakansiya odur ki, il ərzində müxtəlif yerlərdə vakansiyalar yarananda da işə qəbul MİQ-in imtahan nəticələri əsasında aparılır. Orta hesabla hər il 3000 vakant yer təkrar olaraq çıxarılır. Orada da ya müddətli vakant yerlər olur, ya da ucqar yerlər olduğu üçün o yerlərə getmirlər".

Emin Əmrullayev: "İş saatını azaltmaqla daha çox müəllim işə götürməyi düzgün hesab etmirik"

"Müəllim maaşı ilə iş saatları arasında uyğunluq çoxdur".

Bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Nazir iş saatını azaltmaqla daha çox müəllim işə götürməyi düzgün hesab etmədiyin deyib: “Düşünürəm ki, hər müəllimin heç olmasa, 18 saat dərsi olmalıdır ki, normal əmək haqqı alsın. Amma təəssüf ki, bu gün daha az saat dərsi olan müəllimlər də var”.

.