Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlunun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olması barədə məlumatı təsdiq edirik.

Bu barədə  MN-dən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin.

.