Türkiyənin Suriya və İraqın şimalında məqsədi terrora son qoymaqdır.

Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

O qeyd edib ki, qonşu ölkələr bunu özləri edə bilmədiyi halda, Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün anti-terror əməliyyatlarını keçirməyə məcburdur.

“Bizim məqsədimiz sadəcə terrorçularla mübarizədir, PKK ilə YPG-nin fərqi yoxdur. Bizim oradakı insanlarla heç bir problemimiz yoxdur, türk və kürdlər qardaşdır”, - deyə o vurğulayıb.

Akar əlavə edib ki, Türkiyə Silahlı Qüvvələri anti-terror əməliyyatları zamanı mülki şəxslər və tarixi abidələrə qarşı son dərəcə həssasdır.

Akar: Moskvadakı üçtərəfli görüşdə terrorla mübarizədə güzəştə getməyəcəyimizi dedik

Moskvada Türkiyə, Rusiya və Suriya müdafiə nazirləri ilə kəşfiyyat təşkilatlarının rəhbərlərinin üçtərəfli görüşü zamanı açıq şəkildə öz mövqeyimizi ortaya qoyduq, terrorla mübarizədə heç bir güzəştə gedə bilməyəcəyimizi söylədik.

Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, ölkəsi terrorla bağlı lazım olan bütün addımları atmağa davam edəcək.

.