
“Azərbaycanın Qarabağı azad etməsindən narahat olan bir adamın Türkiyədə siyasətlə məşğul olması çətindir”.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop “Haber Global”a müsahibəsində deyib.
O bildirib ki, Türkiyənin hazırkı hakimiyyəti Azərbaycan vasitəsilə Orta Dəhlizin reallaşmasına çalışır: “Azərbaycanı görməzdən gəlməyi başa düşə bilmirəm. Cümhuriyyət Xalq Partiyası (CHP) nümayəndələri Qarabağ məsələsində Türkiyə və Azərbaycanı ittiham edirdi”.
M Şəntop söyləyib ki, Azərbaycansız Türk yolu və Türk dünyası yoxdur.
.