İki il əvvəl boşanan türkiyəli müğənni Mustafa Sandal və Emina Yahoviç övladlarının xahişi ilə karantin müddətini birlikdə keçiriblər.

Həmin vaxt ərzində yaxşı yola getdiklərini görən cütlük yenidən evlənməyə qərar verib.

Bu barədə Serbiya mətbuatına Eminaya yaxın mənbələrdən biri açıqlamasında bildirib.

Onun sözlərinə görə, tezliklə keçmiş ər-arvad yenidən nikah masasına əyləşəcək.

Qeyd edək ki, cütlük 10 il evli olub.

.