“Tottenhem”in baş məşqçisi Joze Mourinyu “Çelsi”yə məşq keçməyin çətin olmadığını bildirib.

Bu barədə “Goal” yazıb.

“Düşünmürəm ki, “Çelsi”yə məşq keçmək çətindir, çünki mən üç dəfə çempion olmuşam, Karlo Ançelotti, Antonio Konte çempion olub. Başqa kim? Bu çox çətin ola bilməz, çünki biz orada titullar qazanmışıq. Düşünürəm ki, “Çelsi”də həmişə əla oyunçular, əla komanda var. Yaxşı məşqçilər isə sizə titul qazanmaq üçün yaxşı imkan verən bu klub və oyunçularla çalışmaqdan məmnundur”, - deyə J.Mourinyu bildirib.

.