Moskvada iyunun 28-dən kafe və restoranlara giriş ancaq COVID pasportu ilə mümkün olacaq.

Bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

“Artıq bir neçə aydır ki, Avropa və Asiyanın bir çox şəhərlərində analoji qaydalar tətbiq edilir. Əgər yeni, arzuolunmaz “lokdaun”dan qaçmaq istəyiriksə, o zaman onların təcrübəsini tətbiq etməyin vaxtıdır”, - deyə S. Sobyanin qeyd edib.

Moskva meri kafe və restoranlara peyvənd edilmiş, son altı ayda COVID-19-a yoluxub sağalan, 72 saat əvvəl tətbiq edilmiş mənfi nəticəli PCR testi olan şəxslərin buraxılacağını açıqlayıb.

.