Moskva Avropanın ən perspektivli texnoloji şəhərlərinin TOP-20-liyinə daxil olub.

Bu barədə paytaxt meriyasının saytı məlumat yayıb.

Bildirilib ki, Moskva Avropanın ən texnoloji şəhərləri sırasında 18-ci pillədə qərarlaşıb.

Siyahıda ilk beşlikdə London, Paris, Dublin, Amsterdam və Berlin şəhərləri yer alıb.

Qeyd edək ki, Tech Cities of the Future 2020/21-in (Gələcəyin texnoloji şəhərləri) reytinq cədvəlini "fDi Intelligence" və texnologiya və innovasiya üzrə ixtisaslaşmış TNW (The Next Web) nəşri tərtib edib. Reytinq cədvəlində Avropanın 76 şəhəri kapitalın cəlb edilməsi, yüksək ixtisaslı kadrların mövcudluğu və infrastrukturun inkişafı baxımından qiymətləndirilib. 

.