Tanınmış aktrisa və keçmiş model Monika Belluççi Türkiyənin İstanbul şəhərində səhnəyə çıxıb.

O, “Mariya Kallas: Məktublar və Xatirələr” adlı tək adamlıq tamaşası ilə pərəstişkarları ilə görüşüb.

İtalyan aktrisa operanın əfsanəvi adı Maria Kallasın rolunu oynayıb.

Belluçini izləməyə Türkiyənin iş və sənət dünyasından bir çox insanlar yollanıb. Tamaşanın sonunda ona türkiyəli soprano Leyla Gencerin tərcümeyi-halı və diski hədiyyə edilib.

 

.