Moldova parlamenti Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlament Assambleyasından (MDB PA) çıxmaq təşəbbüsünü irəli sürüb.

 Moldova parlamentinin sədri İqor Qrosu ölkəsinin MDB PA tərkibindən çıxması prosedurunun başlanması barədə qərar qəbul etdiyini brifinq zamanı jurnalistlərə açıqlayıb.

Moldova parlamentinin spikeri MDB strukturlarını “yararsız” adlandırıb.

Qrosunun sözlərinə görə, bu qərarı ölkə vətəndaşları, hakim “Fəaliyyət və Həmrəylik” partiyasının nümayəndələri, eləcə də Moldova Prezidenti Maya Sandu ilə məsləhətləşmələrdən sonra verib.

.