Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar.

Müdafiə Nazirliyi (MN) verdiyi xəbərə görə, cavab atəşi ilə qarşı tərəf susdurulub.

“Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur”, - məlumatda qeyd olunub.

.