Amerika Birləşmiş Ştatlarının keçmiş birinci xanımı Mişel Obama "Qremmi” mükafatı alıb.

Los-Ancelesdə nüfuzlu musiqi mükafatlarının 62-ci təqdimetmə mərasimində "Ən yaxşı danışıq albomu” nominasiyasında "Qremmi” mükafatı ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişelə verilib.

Mişelin xatirələr kitabı 2018-ci ilin noyabr ayında nəşr olunub. Artıq ilk günlərdə nəşrin 1,4 milyondan çox nüsxəsi çap və rəqəmsal formada satılıb.

Peşəcə hüquqşünas olan 56 yaşlı Mişel Obama, 2009-2017-ci illərdə ABŞ-ın birinci xanım olub. Barak Obama ilə 1992-ci ildə ailə həyatı quran Mişel iki qız anasıdır.
.