Mingəçevir su anbarına daxil olan suyun həcmi son 4 ildə 50 faizə qədər azalıb.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, 2018-ci 823 milyon kub su daxil olurdusa, 2022-ci ildə bu rəqəm 455 milyona düşüb:

"Bunun səbəbi yağıntıların miqdarının az olması və transsərhəd çaylarla ötürülən suyun miqdarının aşağı düşməsidir. Əvvəlki illərlə müqayisədə anbarımıza daha artıq su toplaya bilmişik ki, yay aylarında sərf edə bilək".

.