Milli Məclisin deputatı Anar Məmmədov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Vətən müharibəsi şəhidi Fərid Adıgözəlovun məzarını ziyarət ediblər. Şəhidin əziz xatirəsinə sonsuz ehtiramlarını bildirib, məzarı önünə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.

Şəhid ailəsinin müraciətinə əsasən, şəhidin məzarının ətrafı A.Məmmədov tərəfindən abadlaşdırılıb.

Eyni zamanda Şəhidin ailə üzvülərinə 44 gün davam edən döyüşlərdə öz qanı və canı bahasına Vətən torpağının müdafiəsinə qalxanların, həmçinin onların ailələrinin daim dövlətin qayğısı ilə əhatə olunduqları vurğulanıb.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib və şəhidlərimizin qanının yerdə qalmadığı bildirilib.
Şəhid ailəsi göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.

.