İqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada ilə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat verir.

Mikayıl Cabbarov Azərbaycanın Yaponiya ilə əlaqələrin inkişafına önəm verdiyini, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndiyini qeyd edib.

Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında iqtisadi-ticarət, nəqliyyat-logistika, mədən sənayesi, kənd təsərrüfatı, turizm, rəqəmsal iqtisadiyyat, dövlət-özəl tərəfdaşlığı və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün potensial böyükdür.

İqtisadiyyat naziri Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti və son hərbi təxribatları, beynəlxalq humanitar hüquq çərçivəsində Azərbaycanın öz ərazisində apardığı əks-hücum əməliyyatı barədə məlumat verib. Vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini işğalı regional sülh və təhlükəsizlik üçün real təhdiddir.

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, iqtisadi əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

.