İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə İstanbulda keçirilən Birgə Maliyyə Strateji Sənədinin təqdimatına qatılıb.

Bu barədə M.Cabbarov özü məlumat verib.

"Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə İstanbulda keçirilən Birgə Maliyyə Strateji Sənədinin təqdimatında iştirak etdik. Sənəd qlobal çağırışlar fonunda maliyyə sisteminin alternativ maliyyələşdirmə alətləri vasitəsilə inkişafına, 2022-2025-ci illər ərzində hüquqi, idarəetmə və institusional infrastuktunun təkmilləşdirilməsinə önəmli töhfə verəcəkdir", - deyə nazir əlavə edib.

.